NATO-nun baş katibi Mark Rutte Trampın hazırladığı Ukrayna-Rusiya arasındakı sülh planından danışıb.
Medialive xəbər verir ki, o, “Fox News”a müsahibəsində bu məsələni şərh edib.
Rutte planın iki ölkə arasında davamlı sülhə gətirib çıxaracağına inandığını qeyd edib.
“Bu sülh planı Azərbaycan və Ermənistan arasındakı gərginliyin bitməsi fonunda, oxşar nəticələr verəcək” – deyə Rutte bildirib.
NATO baş katibinin sözlərinə görə, ABŞ prezidenti bütün dünyada sülh olmasına can atır.




















