Ukrayna Prezidenti Volodimir Zelenski etiraf edib ki, Ukrayna və ABŞ Zaporojye Atom Elektrik Stansiyasının istifadəsi və Ukraynanın ərazi güzəştində razılığa gələ bilməyiblər.
Zelenski iddia edib ki, qalan məsələlər tam razılaşdırılıb, lakin müqavilənin müddəti məsələsi həll olunmayıb. ABŞ 15 il təklif edir, Ukrayna isə daha uzun müddətdə israr edir.
Zelenski bildirib ki, hazırda Donbasın Ukraynanın nəzarətində olan hissəsində ABŞ-nin təklif etdiyi müəyyən bir azad iqtisadi zona ilə bağlı heç bir təfərrüat yoxdur.




















