Ukrayna Prezidenti Volodimir Zelenski etiraf edib ki, Ukrayna və ABŞ Zaporojye Atom Elektrik Stansiyasının istifadəsi və Ukraynanın ərazi güzəştində razılığa gələ bilməyiblər.
Medialive xəbər verir ki, bu barədə Novosti.Live məlumat yayıb.
“İki sual qalıb. Zaporojye AES, onun necə işləyəcəyi və ərazilər məsələsi. Bunlar 20 bəndlik sənəddən qalan iki məsələdir. Sülh 90% razılaşdırılıb”, – deyə Zelenski bildirib.
Zelenski iddia edib ki, qalan məsələlər tam razılaşdırılıb, lakin müqavilənin müddəti məsələsi həll olunmayıb. ABŞ 15 il təklif edir, Ukrayna isə daha uzun müddətdə israr edir.
Zelenski bildirib ki, hazırda Donbasın Ukraynanın nəzarətində olan hissəsində ABŞ-nin təklif etdiyi müəyyən bir azad iqtisadi zona ilə bağlı heç bir təfərrüat yoxdur.
