Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşışındakı silahlı insident zamanı 11 nəfər yaralanıb.
Medialive.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Akın Gürlek “X” sosial media hesabında yazıb.
Nazir yaralılardan ikisinin vəziyyətinin ağır olduğunu bildirib.
A.Gürlek hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını da əlavə edib.
Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında silahlı insident baş verib.
Liseyin 15 yaşlı şagirdi ətrafa çoxlu sayda atəş açaraq 11 nəfəri yaralayıb.
Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Ərazi polis nəzarəti altına alınıb.
Hadisənin baş verdiyi liseydə bu gün dərslər dayandırılıb.
