Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyukun istefa ərizəsi yazdığı iddia edilib.
Medialive xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” məlumat yayıb.
Daha əvvəl Ukrayna Ali Şurasına SBU rəhbəri Vasili Malyuk və baş prokuror Ruslan Kravçenkonun vəzifələrindən uzaqlaşdırılmasını tələb edən qətnamə layihələri təqdim edib.
Ötən ay bildirilib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin keçmiş rəhbəri Andrey Yermak Malyukun vəzifəsindən azad edilməsindən əvvəlki həftə ərzində onun istefasını tələb edib.
Zelenski isə öz növbəsində hökumətdə köklü dəyişikliklər edərək, kadr islahatları aparıb.
Belə ki, o, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanovu Prezident Aparatının rəhbəri təyin edib.
Dəyişikliklərin bir hissəsi olaraq, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəisi Oleq İvaşçenkonun Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi təyin edilib.
Zelenski Ukraynanın Rəqəmsal Transformasiya naziri Mixaylo Fedorova müdafiə naziri vəzifəsini təklif edib.
Prezident hazırkı müdafiə naziri Denis Şmıxalın vəzifəsindən getməyəcəyini, lakin yeni dövrdə komandada qalacağını bildirib.
Zelenski kadr dəyişikliklərinin bununla məhdudlaşmayacağını açıqlayıb.




















