CANLI
Sosial

Vaqif prospektindəki xətlənmə çaşqınlıq yaratdı – Foto-Açıqlama

Sosial şəbəkələrdə Bakının müxtəlif küçə və prospektlərində yol hərəkətinin təşkilində və xətlənmələrdə edilmiş dəyişikliklər müzakirə olunur.

Medialive.az xəbər verir ki, son olaraq Vaqif prospektində aparılmış xətlənmə işləri ilə bağlı çaşqınlıq yarandığı bildirilib.

Ərazidən video paylaşan sürücü zolaqların eninin müxtəlif olmasının və mikromobillik zolağının kənarındakı çıxıntıların anlaşılmadığını, onlarda çaşqınlıq yaratdığını bildirib.

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sorğumuza cavab olaraq bildirilib ki, Vaqif prospektində xətlənmə aparılarkən normativlərə əməl edilib.

“Vaqif prospektində sağ zolaq sərnişinlərin minib-düşməsi məqsədilə daha enli təşkil edilib. Yol boyu 3.28 yol nişanları quraşdırılıb. Bu həll sağ zolaqda qısamüddətli dayanma edən nəqliyyat vasitələrinin arxadan gələn axının hərəkətinə mane olmaması üçün tətbiq olunur.

Zolaqların başlanğıcında və sonunda yarımdairə buferlər isə nəqliyyat vasitələrinin konkret dayanma ərazisini müəyyən edir. Bu buferlər kəsişən küçələrə daxil olan və prospektə çıxan avtomobillərin təhlükəsiz manevr radiusunu qorumaq məqsədi daşıyır”, – məlumatda qeyd edilib.

taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24selcuksportscanlı maçtaraftarium24canlı maç izlecanlı maçtaraftarium24canlı maç izlecanlı maçcanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24canlı maç izle