CANLI
İqtisadiyyat

Vergi orqanı ilə şirkət rəhbəri arasında 5 milyonluq mübahisə

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə “Azros-PL” MMC-nin qanuni təmsilçisi Əmirova Ruziyə Mehti qızı arasında qalmaqal yaşanır. 
Medialive.az Qaynarinfo-nun məlumatına istinadən xəbər verir ki, qalmaqalın kökündə Ruziyə Əmirovanın rəhbərlik etdiyi şirkətin dövlət büdcəsinə 5 068 294,16 manat borcu yaranması dayanır.
Həmin borc ödənilmədiyinə görə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tutub. İdarə ərizəsində xanım sahibkarın ölkədən çıxışının müvəqqəti məhdudlaşdırılmasını tələb edib.
Birinci instansiya məhkəməsi qurumun ərizəsini təmin etməyib.  İdarə qərardan apelyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Məhkəmələrin bu mövqeyinə səbəb tərəflər arasında bu məsələ ilə bağlı çoxsaylı məhkəmə çəkişmələrinin olması ilə bağlıdır.
Ruziyə Əmirovanın nümayəndəsi iddia edib ki, hüquqi şəxsə əsassız olaraq vergi borcları yazılıb. Onun sözlərinə görə, qurumun yazdığı borclar inzibati qaydada mübahisələndirilib. Nümayəndə əlavə edib ki, həmin borcların  heç bir əsası yoxdur.
Nümayəndəsinin iddiasına görə, iş adamının şəxsi hesab vərəqəsində, ərizədə, internet vergi idarəsində əks olunan borcları da üst-üstə düşmür.
taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24selcuksportscanlı maçtaraftarium24canlı maç izlecanlı maçtaraftarium24canlı maç izlecanlı maçcanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24canlı maç izle