CANLI
Dünya

Yaponiyada baş verən zəlzələdə ölənlərin sayı artır

Yaponiyanın Kumamoto prefekturasında baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı durmadan artır.

Medialive.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Baş nazir Sanae Takaiçi açıqlama verib.

Takaiçi bildirib ki, zəlzədən sonra ölənlərin sayı 10-u keçib və xəsarət alanlar var.

Baş nazir bütün dövlət qurumlarına göstərdikləri intensiv kömək üçün təşəkkür edib.

Qeyd edək ki, dünən Yaponiyanın Kumamoto prefekturasında olan 7,1 bal gücündə zəlzələ baş verib.

Yaponiya Meteorologiya Agentliyi (JMA) zəlzələnin yerli vaxtla saat 16:27-də, 10 kilometr dərinlikdə baş verdiyini bildirib. Zəlzələ bir çox ərazidə panikaya səbəb olub və Ariake və Yatsuşiro dənizlərinin sahilləri boyunca yerləşən bölgələr üçün müvəqqəti sunami xəbərdarlığı edilib.