Yarım saat ürəyi dayanan İlker Hamurişçi aparılan soyutma müalicəsi sayəsində həyata qayıdıb.
Medialive.az Türkiyə mediasına istinadən xəbər verir ki, müalicədən əvvəl türk həkim Aykut Sarıtaş beynin uzun müddət oksigensiz qalması zamanı xəstənin ölə biləcəyini bildirib.
Özünü çox yaxşı hiss etdiyini bildirən və həkimlərinə təşəkkür edən İlker Hamurişçi düşdüyü vəziyyət barədə bunları deyib:
“Oktyabrın 29-da xəstələndim. Bundan başqa heç nə xatırlamıram. Özümə gələndən sonra telefonumu əlimə aldım. Atamın evinə getdim”.




















