CANLI
İqtisadiyyat

Yaxın Şərqdəki münaqişə neftə ciddi təsir edir - Ərzaq qiymətləri bahalaşacaq?

Yaxın Şərqdə baş verən geosiyasi hadisələr fonunda dünya enerji bazarında qiymət artımı davam edir.

Medialive.az xarici mətbuata istinadən xəbər verir ki, beynəlxalq neft birjalarda “Brent” markalı neftin qiyməti son günlərdə nəzərəçarpacaq dərəcədə bahalaşıb.

Bildirilib ki, əsas səbəb regionda enerji təchizatına dair yaranan qeyri-müəyyənlikdir.

Məlumata görə, gərginliyin davam etməsi dünya bazarlarında inflyasiya riskini daha da artıracaq.

Bir sıra ölkələr mümkün enerji böhranının qarşısını almaq üçün strateji ehtiyatlardan istifadə variantlarını nəzərdən keçirirlər.