CANLI
Dünya

Putin onu vəzifədən azad etdi

Rusiya Prezidenti Vladimir Putin Udmurtiya Respublikasının rəhbəri Aleksandr Breçalovu vəzifəsindən azad edib.

Medialive.az xəbər verir ki, bölgə rəhbərinin səlahiyyətlərini müvəqqəti olaraq Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin rəhbərinin müşaviri vəzifəsində çalışmış Olqa Abramova icra edəcək.

O, 2024-cü ilə qədər Udmurtiya hökuməti sədrinin səlahiyyətlərini icra edən şəxs kimi fəaliyyət göstərib.

Aleksandr Breçalov 2017-ci ildən Udmurtiyanın rəhbəri vəzifəsini tuturdu.Qeyd edək ki, iyulun 27-də Breçalov Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının respublika ərazisindəki obyektlərə qarşı “ən kütləvi hücum” həyata keçirdiyini açıqlamışdı.