CANLI
Gündəm

20 yaşında dekan müavini olan Jalə Eyvazovların qızı imiş

Bu gün həyat yoldaşının videosu ilə ölkə gündəminə düşən Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın qızı 20 yaşında tələbə olarkən dekan müavini təyin edilibmiş.

“Qafqazinfo”nun məlumatına görə, o, 2023-cü ildə Kamal Abdullanın müvafiq əmri ilə Azərbaycan Dillər Universitetində Təhsil-2 fakültəsinin ictimai əsaslarla dekan müavini olub.

Həmin dövrdə onun təyinatı barəsində yerli mətbuatda xəbərlər tirajlanmışdı. J.Eyvazovanin nümunəvi və fəal tələbə olduğu bildirilsə də, onun tələbə olduğu halda dekan müavini təyin edilməsi ictimaiyyətdə birmənalı qarşılanmamışdı.

ADU-dan sorğumuza cavab olaraq bildirildi ki, Jalə Eyvazova fəal tələbə olduğu və qiymətləri yüksək olduğu üçün 2023-cü ildə ictimai əsaslarla dekan müavini təyin olunmuşdu. Həmin il universiteti bitirəndə ictimai əsaslı vəzifəsindən azad olunmuşdu.

Fotoda: Jalə Eyvazova

canlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24selcuksportscanlı maç