Türkiyədə illik inflyasiya 30,89% təşkil edib.
Medialive.az xəbər verir ki, bu barədə ölkənin Statistika İnstitutu məlumat verib.
Müstəqil İqtisadçılar Qrupu (ENAG) dekabrda inflyasiyanın aylıq olaraq 2,11%, illik olaraq isə 56,14% olduğunu açıqlayıb.
Türkiyə hökuməti 2026-cı ildə iqtisadi artımın 3,9% olacağını proqnozlaşdırır, inflyasiyanı isə 20%-dən aşağı salmağı planlaşdırır.
Bu təşəbbüsü ölkənin vitse-prezidenti Cevdet Yılmaz irəli sürüb.




















