CANLI
Dünya

ABŞ bu şəhərdə təhlükəsizliyi gücləndirir: 350 qvardiya əsgəri yerləşdiriləcək

ABŞ hökuməti ilin sonu tətildə təhlükəsizliyi təmin etmək üçün Luiziana ştatının Yeni Orlean şəhərinə 350 Milli Qvardiya əsgəri yerləşdirəcək.

Medialive xəbər verir ki, bu barədə şəhərin qubernatoru Ceff Lendri məlumat verib.

Qubernator elektron poçtda yazıb:

“Mən Yeni Orleana 350 Milli Qvardiya əsgərinin göndərilməsini elan edirəm. Bu əsgərlər şəhərin ən işlək mövsümündə təhlükəsizliyin təmin edilməsinə kömək edəcəklər”.

Məlumata görə, ABŞ hökuməti təhlükəsizlik qüvvələrindən cinayət qeydləri olan qanunsuz immiqrantları saxlamağı istəyir.

Tramp dəfələrlə daha sərt immiqrasiya siyasətinin tərəfdarı olub.

O, Amerika tarixində qanunsuz immiqrantlara qarşı ən böyük deportasiya əməliyyatı keçirmək niyyətində olduğunu bildirib. Bu il Nyu-York, Çikaqo və Los-Anceles kimi şəhərlərdə qanunsuz immiqrantlara qarşı genişmiqyaslı əməliyyatlar keçirilib.

canlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izle