CANLI
Sosial

AMEA-da aşan ağac girişi bağladı: İsa Həbibbəyli binaya daxil ola bilmədi – FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həyətində böyük ağac aşıb.

Medialive.az Manset.az-a istinadən xəbər verir ki, güclü yağışlar nəticəsində ağacın kök hissəsi boşalıb və bu səbəbdən ağac aşıb. Akademiyanın həyətinə giriş bağlanıb.

AMEA-nın prezidenti, akademik İsa Həbibəyli  akademiyaya gəlsə də içəri daxil ola bilməyib və alternativ girişə yönləndirilib.

Hazırda ağacın doğranması və ərazinin təmizlənməsi işləri aparılır.