CANLI
Sosial

Bakıda 57 yaşlı qadın dəm qazından ölüb

Bakıda qadın dəm qazından boğulub.

Medialive.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.

Qəsəbə sakini 1969-cu il təvəllüdlü Yeganə Nağıyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.//Oxu.Az