CANLI
Sosial

Bakıda şok hadisə – Ana yenicə doğulmuş körpəsini dənizə atdı

Bakıda ana yeni doğulmuş körpəsini öldürüb.

Medialive.az APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

Noyabrın 11-də Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Pərvanə Eyvazova 3 günlük oğlan uşağını Türkan qəsəbəsinin ərazisində dənizə ataraq öldürüb.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə P.Eyvazova tutulub.

Meyitin tapılması istiqamətində tədbirlər görülür.

Araşdırma aparılır.