• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Bakının 8 rayonunda söküntü: Yüzlərlə ailəyə kompensasiya ÖDƏNİLDİ

19 Fevral, 26 / 17:03
A A
Bakının 8 rayonunda söküntü: Yüzlərlə ailəyə kompensasiya ÖDƏNİLDİ
“Bakı şəhərində aparılan söküntü işləri ilə əlaqədar təxminən 1500-dən çox ailə ilə razılaşma əldə olunub”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.
O bildirib ki, proses “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na uyğun olaraq həyata keçirilir:
“Bildiyiniz kimi, ötən il qəzalı vəziyyətdə olan 200-ə yaxın binanın sökülməsi ilə bağlı qərar verilib. Lakin bu proses bununla yekunlaşmayacaq.
İstismar müddəti başa çatmış bir çox binaların sökülməsinə start veriləcək. Bu, şəhərin tarixi və qədim simasının qorunması şərti ilə infrastrukturun yenilənməsi, müasir standartlara cavab verən tikinti işlərinin aparılması məqsədi daşıyır.
İlkin mərhələdə 4000-dən çox mənzilin sökülməsi planlaşdırılır. Təqribən 1500-dən çox ailə ilə razılaşma əldə olunub və onların əksəriyyəti həmin razılaşma əsasında mülkiyyət hüququndan imtina edərək müvafiq kompensasiya məbləği ilə təmin olunub. Bu proses paytaxtın təxminən 8 rayonunda həyata keçirilir”.
Sədr qeyd edib ki, adətən parkların salınacağı, abadlıq işlərinin aparılacağı, metro xətlərinin və digər infrastruktur layihələrinin həyata keçiriləcəyi ərazilərdə müvafiq dövlət qurumları ilə birbaşa razılaşma əldə olunur və dövlət büdcəsindən həmin şəxslərə kompensasiya ayrılır:
“Yeni binaların tikintisi üçün isə müvafiq inşaat şirkətləri və investorlar müəyyənləşdirilir. Həmin investorlar birbaşa sakinlərlə danışıqlar aparır və ya müvafiq dövlət qurumları tərəfindən müəyyən edilmiş kompensasiya məbləğini təklif edirlər. Bir çox hallarda dövlətin icra qurumları tərəfindən keçirilən tenderlərdə qalib gələn şirkətlər kompensasiya məbləğini müəyyənləşdirir və həmin qərara uyğun olaraq ödənişlər həyata keçirilir.
Bu proses bəzi hallarda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən, bəzi hallarda isə Nazirlər Kabinetinin müvafiq qərarı ilə yaradılmış komissiya tərəfindən icra olunur.
Xüsusilə Yasamal rayonu ərazisində həyata keçirilən söküntü işləri və kompensasiya ödənişləri müvafiq komissiya tərəfindən təşkil edilir.
Fikrimizcə, daha məqsədəuyğun olar ki, bütün hallarda kompensasiya məbləğini müstəqil qiymətləndirici şirkətlər müəyyən etsin. Çünki “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna əsasən, ölkədə daşınmaz əmlakın dəyərini müstəqil qiymətləndirici müəyyən etməlidir.
Bu daha obyektiv yanaşmadır. Əgər kompensasiya məbləğini investor müəyyən edirsə, təbii ki, o, daha az məbləğ ödəməyə çalışa bilər. Dövlət müəyyən edirsə, bu zaman da büdcə və qənaət prinsipləri nəzərə alınır.
Lakin qiymətləndirici bu prosesdə müstəqil tərəf kimi çıxış edərsə və kompensasiya məbləğini obyektiv şəkildə müəyyənləşdirərsə, bu, daha ədalətli razılaşmaların əldə olunmasına səbəb ola bilər”.
Onun sözlərinə görə, proses növbəti illərdə də davam etdiriləcək:
“Hazırda proses bu şəkildə davam edir və yalnız 2026-cı illə məhdudlaşmayacaq, növbəti illərdə də davam etdiriləcək.
Bu proses ölkənin, xüsusilə də paytaxtın tikinti və inşaat baxımından yenilənməsini, müasir standartlara cavab verən binaların inşasını, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan binaların vətəndaşların təhlükəsizliyi baxımından sökülməsini nəzərdə tutur. Eyni zamanda, paytaxtın simasının yenilənməsi və gözəlləşdirilməsi məqsədi daşıyır”.
Əvvəlki yazı

Bir vəkilin fəaliyyəti dayandırıldı - Digərinə xəbərdarlıq edildi

Növbəti yazı

Abdin Fərzəliyev 6 nəfəri işdən çıxardı

Bənzər Xəbərlər

Messi karyerasını nə vaxt bitirəcək? - Özü AÇIQLADI
İdman

Messi karyerasını nə vaxt bitirəcək? - Özü AÇIQLADI

24.İyn.26 /17:01
"Zevs"in qardaşına hökm oxundu
Sosial

"Zevs"in qardaşına hökm oxundu

24.İyn.26 /16:56
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
Sosial

Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər

24.İyn.26 /16:51
Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi
Sosial

Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi

24.İyn.26 /16:48
Azərbaycanın məşhur klinikası bağlandı - FOTO
Sosial

Azərbaycanın məşhur klinikası bağlandı - FOTO

24.İyn.26 /16:44
TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB
Gündəm

TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB

24.İyn.26 /16:41
Şahin Bayramovdan yeni təyinat
Sosial

Şahin Bayramovdan yeni təyinat

24.İyn.26 /16:38
Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR
İqtisadiyyat

Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR

24.İyn.26 /16:35
Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO
Sosial

Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO

24.İyn.26 /16:31

XƏBƏR LENTİ

Messi karyerasını nə vaxt bitirəcək? - Özü AÇIQLADI

Messi karyerasını nə vaxt bitirəcək? - Özü AÇIQLADI

24 İyun, 26 / 17:01
"Zevs"in qardaşına hökm oxundu

"Zevs"in qardaşına hökm oxundu

24 İyun, 26 / 16:56
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər

Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər

24 İyun, 26 / 16:51
Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi

Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi

24 İyun, 26 / 16:48
Azərbaycanın məşhur klinikası bağlandı - FOTO

Azərbaycanın məşhur klinikası bağlandı - FOTO

24 İyun, 26 / 16:44
TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB

TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB

24 İyun, 26 / 16:41
Şahin Bayramovdan yeni təyinat

Şahin Bayramovdan yeni təyinat

24 İyun, 26 / 16:38
Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR

Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR

24 İyun, 26 / 16:35
Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO

Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO

24 İyun, 26 / 16:31
Vətəndaşların ABB kartındakı pullar silindi - Səbəb nədir?

Vətəndaşların ABB kartındakı pullar silindi - Səbəb nədir?

24 İyun, 26 / 16:28
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ

© 2026 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2026 Medialive.az - Xəbər Portalı.