CANLI
Sosial

Bu şeir Ramiz Mehdiyevə həsr olunubmuş  - ARXİVDƏN ŞOK

Tanınmış yazıçı Əmir Pəhləvan hələ 1996-cı ildə Ramiz Mehdiyevə şeir həsr edibmiş.

Medialive.az oxu24.com-a istinadən xəbər verir ki,”İblis” adlanan şeir 13 dekabr 1996-cı il tarixdə “İLHAM” qəzetinin 4(45)- sayında çap edilib.

Həmin şeiri təqdim edirik:

İ B L İ S

Ramiz Ənvəroviç Mehdiyevə həsr edirəm

Əl vermə, əllərin çox qanlar görüb,

Çəkil bir addım da geriyə, İblis!

Olsaydı imkanım-bir qoyun kimi ,

Qatardım sürüyə mən səni, İblis!

Başda kim oldusa “him”in qalmadı,

Tərsə çalmadığın “sim”in qalmadı,

Alıb satmadığın kimin qalmadı,

Baxmadın ölüyə, diriyə, İblis!

Bir vaxt Vəzirova vəziryan dedin,

Düşüb ayağına sonra “can” dedin,

Gəldi Mütəlıibov əsil xan dedin,

Başladın min haya, min küyə, İblis!

Dedin ki, Əliyev canlı trupdu,

Ətrafı, dörd yanı  qrup-qpupdu,

İndi də deyirsən dünya qurubdu,

Beləcə dəyişdin, bəs niyə, İblis?!

Təzə boğzını yaşlayır Əmir,

Həyatı təzədən başlayır Əmir,

Yaşıl budaq kimi yaşayır Əmir,

Ölürsən çürüyə-çürüyə, İblis!

Əmir Pəhləvan

“İLHAM” qəzeti 13 dekabr 1996-cı il, 4(45) – sayı.

Bakı şəhəri

taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24selcuksportscanlı maçtaraftarium24canlı maç izlecanlı maçtaraftarium24canlı maç izlecanlı maçcanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24canlı maç izlecanlı maç izle