Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla görüş keçirib.
Medialive.az xəbər verir ki, görüş zamanı Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub.
Qeyd edək ki, Ceyhun Bayramov oktyabrın 29-30-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşündə iştirak etmək üçün Türkiyədə səfərdədir.
