CANLI
Dünya

Durovun Fransadan BƏƏ-yə ekstradisiyası mümkünsüzdür

Telegram-ın təsisçisi Pavel Durovun Fransadan BƏƏ-yə ekstradisiya edilməsi ehtimalı azdır, çünki o, hər iki ölkənin vətəndaşlığına malikdir.

Medialive.az xəbər verir ki, bu barədə rus vəkil Kaloy Axilqov TASS-a bildirib.

“Axtarış siyahısına salınmaq o qədər də asan deyil. Bu, avtomatik olaraq İnterpolun qırmızı bildirişi demək deyil, çünki təşkilatın konstitusiyası siyasi məsələlərə müdaxiləni qadağan edir və bu cür bildirişlər çox vaxt bu hallarda verilmir”, – deyə vəkil qeyd edib.

O əlavə edib ki, Birləşmiş Ərəb Əmirlikləri də konstitusiya qadağasına görə öz vətəndaşlarını ekstradisiya etmir.

Durovun fransalı vəkili Filip de Vyulle TASS agentliyi ilə söhbətində eyni fikri bildirib. O bildirib ki, əgər İnterpol Rusiyanın tələbi ilə qırmızı bildiriş verərsə, bu, Fransada dərhal tətbiq olunmayacaq.

Durov Rusiya və Fransa ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri və Sent-Kits və Nevis vətəndaşlığına da malikdir.

Qeyd edək ki, Rusiya Durova Cinayət Məcəlləsinin 205.1.1.1-ci maddəsi (“Terror fəaliyyətinə kömək”) ilə ittiham irəli sürüb və onun beynəlxalq axtarışa verib.

sonbahissonbahissonbahissonbahisselçuk sportstaraftarium24canlı skorselçuk sportstaraftarium24sonbahis girişsonbahis girişsonbahis girişsonbahis girişcanlı maç izletaraftarium24selçuk sportscanlı maç izlecanlı maç izletaraftarium24canlı maç izleselçuk sportscanlı maç izle