CANLI
Dünya

Ən böyük atom elektrik stansiyasında yanğın həyəcanı - Hökumət qadağa qoydu

Britaniyanı bürüyən rekord istilər və quraqlıq ölkənin nüvə infrastrukturunu fəlakət səviyyəsinə çatdırıb.

Medialive.az Türkiyə mediasına istinadən xəbər verir ki, Suffolk bölgəsindəki “Dunwich Heath”də başlayan şiddətli meşə yanğını İngiltərənin elektrik enerjisinə olan ehtiyacının 3%-ni təmin edən Sizewell B Nüvə Elektrik Stansiyasından cəmi 3 mil məsafədə baş verib. Küləyin istiqamətinin dəyişməsi riski səbəbindən stansiyanın reaktorunun bağlanma protokolları və fövqəladə planları həyəcan səviyyəsinə qaldırılıb.

Alov yayıldıqca əraziyə 120-dən çox yanğınsöndürən, qonşu şəhərlərdən dəstək qrupları və su tankerləri olan yerli fermerlər göndərilib. Stansiya operatoru olan Fransa enerji nəhəngi EDF hazırkı küləyin istiqamətinin yanğını stansiyadan sahil xəttinə doğru itələdiyini və hazırda birbaşa təmas riskinin olmadığını bildirib. Lakin nüvə təhlükəsizliyi üzrə mütəxəssislər axşam saatlarında küləyin cənub-qərbə doğru dəyişməsi ilə vəziyyətin sürətlə pisləşə biləcəyi barədə xəbərdarlıq ediblər.

Sənaye rəsmiləri bildiriblər ki, tüstü zavoda çatarsa, əsas təhlükəsizlik sistemi olan xarici havanı çəkən HVAC (İstilik, Ventilyasiya və Kondisioner) filtrləri tıxanma riski altındadır. Əgər vacib soyutma, kompüter və idarəetmə sistemləri üçün iqlim nəzarəti təmin edən bu sistem zədələnərsə, Sizewell B nüvə təhlükəsizlik protokollarının tələb etdiyi kimi elektrik enerjisi istehsalını tamamilə dayandırmaq və reaktorları bağlamaq məcburiyyətində qalacaq.

Suffolkdakı böhran İngiltərə və Uelsdə baş verən tarixi quraqlığın yalnız bir hissəsidir. Uelsdə rəsmi olaraq quraqlıq elan edilib və  iki əsrin ən quraq iyul ayı olub.

Ölkə miqyasında 23 milyondan çox vətəndaşa şlanqla suvarma və kran suyundan istifadə ilə bağlı məhdudiyyətlər qoyulub.