CANLI
Dünya

Ermənistana ŞOK HƏDƏ: Rusiya hərəkətə keçdi - Nələr olacaq?

İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) səlahiyyətlərinin məhdudlaşdırılması ehtimalı gündəmə gəlib. Bu addımın atılması üçün quruma daxil olan bütün dövlətlərin yekdil mövqeyi zəruridir.

Medialive.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Rusiyanın təşkilatdakı daimi təmsilçisi Viktor Vasilyev məsələnin cari il noyabrın 11-də Rusiya paytaxtında baş tutacaq toplantıda müzakirə oluna biləcəyini diqqətə çatdırıb.

Diplomatın sözlərinə görə, təşkilatın nizamnaməsinə əsasən, hər hansı iştirakçı ölkə iki il müddətində maliyyə öhdəliklərini yerinə yetirməzsə, onun qərarlarda səs vermək və kadr təyinatları həyata keçirmək imkanları dondurula bilər. Xatırladaq ki, İrəvan uzun müddətdir qurumun tədbirlərinə nümayəndə heyəti göndərmir və praktiki olaraq fəaliyyətlərdən kənarda qalıb.