CANLI
Dünya

Çin XİN: Ukrayna böhranının həlli üçün yeganə yol dialoqdur

“Dialoq və danışıqlar Ukrayna böhranının həllinin yeganə mümkün yolu olaraq qalır”.

Medialive.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qoo Ciakun deyib.

“Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi ardıcıl və aydındır. Çin sülhə nail olmağa yönəlmiş bütün səyləri dəstəkləyir”, – deyə diplomat bildirib.

Qeyd edək ki, Rusiya Federasiyanın Prezidenti Vladimir Putin noyabrın 19-da keçirilən üçtərəfli görüşdə bildirib ki, üç ölkə Ukraynadakı münaqişə də daxil olmaqla regional münaqişələrin həllində çoxsaylı ortaq maraqlara malikdir. Rusiya prezidentinin sözlərinə görə, o, bu məsələni Şençjendə Si və Trampla ikitərəfli görüşlər zamanı müzakirə edib.

Daha sonra Tramp Ağ Evdə keçirilən mətbuat konfransında liderlərin üçtərəfli görüş zamanı Ukrayna böhranına çox vaxt ayırdıqlarını bildirib.

Xatırladaq ki, Rusiya, Çin və ABŞ liderləri Şençjendə keçirilən APEC sammiti çərçivəsində ilk dəfə üçtərəfli görüş keçiriblər. Dövlət başçıları mövcud beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və Sülh Bəyannaməsini qəbul ediblər.

taraftarium24taraftarium24taraftarium24taraftarium24canlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izleselçuk sportsselçuk sportsselçuk sportsselçuk sportstoptan kozmetikkozmetik depomtaraftarium24taraftarium24 girişcanlı maç izle