CANLI
Dünya

Bu təşkilat fəaliyyətini dayandıracaq 

Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (OPCW) büdcə kəsiri səbəbindən dekabrın 1-dən etibarən fəaliyyətini qismən dayandıracaq.

Medialive.az xarici mətbuata istinadən xəbər verir ki, bunu təşkilatın baş direktoru Sabrina Dallafior-Matter OPCW-yə üzv dövlətlərin 31-ci Konfransının (CSP) ilk plenar iclasının açılışında bildirib.

Təşkilat bu il üzv dövlətlər tərəfindən ianələrin gec ödənilməsi səbəbindən çətin vəziyyətə düşüb.

2026-cı ildə 20 milyon avro və ya büdcəsinin 25%-i qədər əhəmiyyətli məbləğ ödənilməyib.

Qeyd edək ki, İsveçrənin nümayəndəsi olan Dallafior-Matter təşkilatın baş direktoru vəzifəsinə 2025-ci ilin noyabrın 27-də təyin edilib və iyulda vəzifəsinin icrasına başlayıb.

taraftarium24taraftarium24taraftarium24taraftarium24canlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izleselçuk sportsselçuk sportsselçuk sportsselçuk sportstoptan kozmetikkozmetik depomtaraftarium24taraftarium24 girişcanlı maç izle