CANLI
Dünya

Ermənistandakı yeni konstitusiya müxalifəti özündən çıxardı - Ter-Petrosyanın partiyası qarşı çıxdı

“Azərbaycan Ermənistanın mövcud konstitusiyasını dəyişdirmək üçün əlindən gələni etdiyi bir vaxtda hökumət baş nazirin səlahiyyətlərini genişləndirmək üçün hərəkətə keçib”.

Medialive.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistan Milli Konqresi Partiyasının sədr müavini Levon Zurabyan bildirib.

“Proqnozlaşdırdığımız kimi, Əliyevin “sülh naminə” tələblərini yerinə yetirmək üçün Paşinyan özbaşına şəxsi səlahiyyətlərinin institusional və konstitusiya əsaslarını daha da möhkəmləndirmək qərarına gəlib”, – deyə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın partiyasından olan siyasətçi qeyd edib.

Onun sözlərinə görə, Paşinyan bu təşəbbüslə təkcə super baş nazir sisteminin təməlini möhkəmləndirməklə yanaşı, həm də baş nazirin şəxsi səlahiyyətlərini genişləndirir.

Zurabyan Facebook hesabında yazıb ki, digər məsələlərlə yanaşı, hökumət başçısının hərbi səlahiyyətləri genişlənir, məhkəmə müstəqilliyi üçün əsas təminatlar isə yumşaldılıb.

Yeni konstitusiya layihəsinə əsasən, Ali Məhkəmə Şurasının 10 üzvünün hamısı parlament tərəfindən seçiləcəyi üçün məhkəmələr üzərində siyasi nəzarət artacaq. Müxalifətçi siyasətçi əlavə edib ki, Paşinyan ölkə daxilində daha çox səlahiyyətə malik olacaq. Beləliklə, hökumət başçısı hətta sülh dövründə belə ölkənin ali baş komandanı olur və mövcud qaydalardan fərqli olaraq, müdafiə nazirinin heç bir təklifi olmadan ölkə daxilində silahlı qüvvələrin istifadəsinə icazə verə bilər.

“Buna görə də, təklif olunan konstitusiya iki məsələni həll etməyə yönəlib: İlham Əliyevin Müstəqillik Bəyannaməsinə hər hansı bir istinadın aradan qaldırılması tələbini yerinə yetirmək və baş naziri diktatora çevirməklə məhkəmə müstəqilliyinin konstitusiya təminatlarını məhv etmək ki, bu da əslində çox məntiqlidir. Çünki suveren dövləti məhv edən lider diktator mandatına malik olmalıdır”, – deyə Zurabyan iddia edib.

Xatırladaq ki, bu gün Ermənistanda ölkənin yeni konstitusiyası layihəsi açıqlanıb. Sənəddə keçmiş Dağlıq Qarabağ Respublikasından və Osmanlı İmperiyasında 1915-ci il erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasına yönəlmiş Müstəqillik Bəyannaməsi ilə bağlı toxunulmaz preambuladan bəhs edilmir. Bundan əlavə, dövlətlə Müqəddəs Erməni Apostol Kilsəsi arasında münasibətləri tənzimləyən müddəalar yenidən nəzərdən keçirilib.

taraftarium24taraftarium24taraftarium24taraftarium24canlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izleselçuk sportsselçuk sportsselçuk sportsselçuk sportstoptan kozmetikkozmetik depomtaraftarium24taraftarium24 girişcanlı maç izle