Respublika Gigiyena və Epidemiologiya Mərkəzi proqram təminatının (SERP) modullarına texniki xidmətlə bağlı rəqabətsiz “Bir mənbə” metodu ilə “SİNAM” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə anlaşıb.
Medialive.az 32gun.az-a istinadən xəbər verir ki, tərəflər arasında 118 min 118 manatlıq “zerkalnı” müqavilə bağlayıb.
Araşdırmamız zamanı bəlli olub ki, müqavilə bağlanmış şirkətin külli miqdarda vergi borcu mövcuddur.
32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin 4 milyon 785 min manatlıq nəhəng borcu var.
Bildirək ki, Əbülfət Rəhmanovun qanuni təmsilçisi olduğu, Bakı şəhəri, Əhməd Cəmil küçəsində qeydiyyatdan keçən bu MMC-nin nizamnamə kapitalı 44 min 487 manatdır.
Xatırladaq ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Sara Həsənovadır.

