CANLI
Sosial

TƏBİB-də baş həkim rəhbərliyə təslim olmadı: “İstənilən yoxlama aparıla bilər”

TƏBİB-də aparılan kadr islahatları və struktur dəyişiklikləri fonunda diqqətçəkən maraqlı bir olay yaşanıb. Qurumun yeni rəhbəri Anar Bayramovun struktur daxilində başladığı yenilənmə dalğası və bütün baş həkimlərdən işdən azad olunmaları ilə bağlı ərizələrin tələb edilməsi birmənalı qarşılanmayıb.

Medialive.az xəbər verir ki, Vətəninfo.az-a məlumatlı mənbələrdən daxil olan məlumatlarda iddia edilir ki, bu tələbə tabe olmayan yeganə şəxs Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Elçin Azər oğlu İbrahimov olub.

Mənbələrin bildirdiyinə görə, Anar Bayramovun təzyiqlərinə baxmayaraq, Elçin İbrahimov ərizə yazmaqdan qəti şəkildə imtina edib. Baş həkim mövqeyini açıq şəkildə ortaya qoyaraq özünə tam güvəndiyini nümayiş etdirib.

İddialara görə, Elçin İbrahimov bildirib ki, rəhbərlik etdiyi xəstəxanada istənilən audit yoxlaması aparıla bilər. Lakin o ərizə yazmayacaq və gördüyü işin təmizliyinə əmindir.

Bu hadisə səhiyyə sistemində islahatlar və kadr dəyişiklikləri fonunda fərdi mövqe və peşəkar əminliyin nadir nümunələrindən biri kimi dəyərləndirilir.