CANLI
Dünya

Hörmüzdən sonra Qırmızı dəniz böhranı: Husilər gəmilərdən pul almağa başlaya bilər

İranın dəstəklədiyi Husi hərəkatı Qırmızı dənizdən keçmək üçün gəmilərdən ödəniş toplamaq üçün sistem hazırlayır.

Medialive.az xəbər verir ki, bu iddia ilə Yəmənin informasiya naziri Frans Press agentliyinə açıqlamasında çıxış edib.

Onun sözlərinə görə, bu, Hörmüz boğazının faktiki olaraq blokadasından sonra dünyanın ən vacib dəniz yollarından biri üçün yeni bir təhlükəyə çevrilə bilər.

Nazir Müəmmər əl-Ərian rüsumların tətbiqinin mümkünlüyünü dünyanın ən strateji dəniz dəhlizlərindən birini husilərin hərbi fəaliyyətləri üçün daimi maliyyə mənbəyinə çevirə biləcək təhlükəli eskalasiya adlandırıb.

Hökumət rəsmisi qeyd edib ki, son kəşfiyyat məlumatları göstərir ki, SEPAH-ın mütəxəssisləri və məsləhətçiləri husilərə yeni mexanizmin texniki və inzibati strukturunu yaratmaqda kömək edirlər.

Onun sözlərinə görə, proqram gəmiçilik şirkətlərindən və kommersiya gəmilərindən ödənişlərin toplanmasından məsul olacaq ayrıca bir strukturun yaradılmasını nəzərdə tutur.

Qeyd edək ki, Hörmüz boğazı ABŞ və İran arasında əsas gərginlik mənbəyi olaraq qalır və Tehran əvvəllər dünya neft və mayeləşdirilmiş təbii qaz tədarükünün beşdə birini daşıyan bu marşrutdan keçid üçün ödəniş almaq hüququna malik olduğunu iddia edir.