Oman İrana Hörmüz boğazı üzərində birgə nəzarət yaratmaq üçün müvəqqəti plan təklif edib.
Medialive.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Lakin Tehran bunu rədd edərək, qlobal neft tədarükü üçün vacib olan su yolunun böyük bir hissəsinə nəzarət etməsini tələb edib.
Bununla da İran ABŞ ilə münaqişəyə son qoymaq üçün danışıqların tez bir zamanda bərpa olunması ümidlərini təhlükəyə atıb.
İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi öz növbəsində bildirib ki, Oman İranın boğazın böyük hissəsinin öz nəzarəti altına alınması təklifini dəstəkləməsə, Tehran Vaşinqtonla növbəti danışıqlar raunduna razılıq verməyəcək. Onun sözlərinə görə, Omanın planı İranın təhlükəsizlik problemlərini həll etmir.
