CANLI
Dünya

İranın yüksək vəzifəli rəhbərləri məhv edildi

İsrail Müdafiə Qüvvələri (SAXAL) İranın Kəşfiyyat Nazirliyinin yüksək rütbəli rəhbər şəxslərinin zərərsizləşdirildiyini açıqlayıb.

Medialive.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, əməliyyat çərçivəsində nazirliyin bir sıra obyektlərinə zərbələr endirilib.

İsrail tərəfinin bildirdiyinə əsasən, “Şir nəriltisi” (“Ryk lvə”) adlı əməliyyat zamanı İran Kəşfiyyat Nazirliyinin obyektləri hədəfə alınıb. Hücum nəticəsində nazir müavini Seyid Yəhya Həmidi və casusluq idarəsinin rəhbəri Cəlal Pur Hüseyn də daxil olmaqla bir neçə yüksək vəzifəli əməkdaşın həlak olduğu iddia edilir.

İsrail mənbələri bildirir ki, əməliyyatın məqsədi nazirliyin terror fəaliyyətlərini təşkil etmək və rejim əleyhdarlarını izləmək imkanlarını zəiflətmək olub. Həmçinin Tehranda yerləşən nazirliyin qərargahına da hava zərbəsi endirildiyi qeyd olunur.

Qeyd edək ki, İranın Kəşfiyyat Nazirliyi ölkənin əsas kəşfiyyat qurumudur və ABŞ tərəfindən terror fəaliyyəti və beynəlxalq casusluq şəbəkəsi ilə əlaqəli fəaliyyətə görə sanksiyalara məruz qalıb.

Hadisə ilə bağlı İran tərəfinin rəsmi mövqeyi hələlik açıqlanmayıb.

taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24selcuksportscanlı maçtaraftarium24canlı maç izlecanlı maçtaraftarium24canlı maç izlecanlı maçcanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24canlı maç izle