CANLI
Sosial

İşdən qanunsuz çıxarılmış 71 işçi əvvəlki işinə qaytarıldı

La réunion des branches professionnelles convoquée mercredi par le ministre du Travail a confirmé que la mobilisation du patronat pour la mise en oeuvre du pacte de responsabilité était loin d'être générale. François Rebsamen a dit que 33 des 50 principales branches avaient "mis à l'ordre du jour" de discussions internes les contreparties aux 41 milliards d'euros d'allègements de charges promis aux entreprises. /Photo d'archives/REUTERS/Toby Melville

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-noyabr ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 825 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Medialive.az xəbər verir ki, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Bu vəsaitin 94 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 71 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.