• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivlik ABDF-in maliyyə mexanizmləri ilə dəstəklənir

30 Aprel, 26 / 11:18
A A
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivlik ABDF-in maliyyə mexanizmləri ilə dəstəklənir

İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın bərpası və davamlı inkişafın təmin edilməsi İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun(ABDF) əsas prioritetlərindən biri kimi müəyyən edilib. Fond bu ərazilərdə iqtisadi fəallığın artırılması, yeni biznes subyektlərinin formalaşması və mövcud təşəbbüslərin genişləndirilməsi üçün üç əsas maliyyə mexanizmi – birbaşa investisiya, zəmanət və subsidiya, eləcə dəgüzəştli kreditlər vasitəsilə kompleks dəstək göstərir. Bu mexanizmlər regionda həm real sektorun inkişafına, həm də məşğulluğun artırılmasına töhfə verməyə hədəflənib.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən investisiya layihələri regionun iqtisadi potensialının reallaşdırılması, sənaye və enerji infrastrukturunun formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Həyata keçirilən layihələr yerli istehsalı və ixrac imkanlarını genişləndirməklə yanaşı, yeni iş yerlərinin yaradılması və dayanıqlı iqtisadi mühitin formalaşmasınabirbaşa xidmət edir.

Kəlbəcər-Laçın Su Elektrik Stansiyaları

ABDF və Türkiyənin “Demirören Yatırım Holding A.Ş.” Şirkətlər Qrupu arasında bağlanmış Birgə İştirak Müqaviləsinə əsasən Kəlbəcər və Laçın rayonlarında dövlət-özəl tərəfdaşlığı prinsipi ilə 4 kiçik su elektrik stansiyasının bərpası və istismarı nəzərdə tutulur. İldə təxminən 7000 ev təsərrüfatının fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi planlaşdırılır. Layihənin ümumi dəyəri 27,5 milyon ABŞ dolları təşkil edir.

“Şəfəq” Günəş Elektrik Stansiyası

İşğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı günəş enerjisi layihəsi və ən böyük xarici investisiya təşəbbüsüolan “Şəfəq” Günəş Elektrik Stansiyası da ABDF-in  dəstəyi ilə icra olunan layihələrdən biridir. “Şəfəq” Günəş Elektrik Stansiyası vasitəsilə Cəbrayıl rayonunun elektrik şəbəkəsinə enerji ötürülməsi, eyni zamanda Səngəçal terminalının enerji ehtiyaclarını bərpa olunan enerjihesabına təmin edilməsi nəzərdə tutulub. Ümumi dəyəri 204 milyon ABŞ dolları olan bu layihənin əsas hədəfiAzərbaycanın yaşıl enerji sektorunu inkişaf etdirmək və ekoloji davamlılığı artırmaqdır.

“Bafco Invest” MMC

Fond bu ərazilərdə sənaye istehsalı istiqamətində fəaliyyət göstərən irimiqyaslı layihələrdə də iştirak edərək iqtisadi aktivliyin bərpasına dəstək olur. Ağdam Sənaye Parkında fəaliyyət göstərən “Bafco Invest” MMC zavodunun işçi ayaqqabıları istehsalı layihəsi bu iştirakın nümunəvi nəticəsidir. Müasir keyfiyyət standartlarına cavab verən istehsal prosesinə əsaslanan layihənin ümumi dəyəri 15,1 milyon manatdır.

“Şahbulag Mining” MMC

“Şahbulag Mining” MMC tərəfindən Ağdam rayonunun Şahbulaq əhəngdaşı yatağının istismarı və Xocalı şəhərində sement istehsalı layihəsi icra olunmaqdadır. Layihə çərçivəsində mişar daşı və sement istehsalı həyata keçirilir ki, bu da Qarabağ və Şərqi Zəngəzurda aparılan tikinti və bərpa işlərinə birbaşa töhfə verir. Layihənin ümumi dəyəri 5,17 milyon manat təşkil edir

Zəmanət və subsidiya dəstəyi ilə yaradılan real imkanlar

ABDF tərəfindən tətbiq edilən zəmanət və subsidiya mexanizmi sahibkarların maliyyə resurslarına çıxışını daha da asanlaşdırır və kredit risklərini minimuma endirir. Mexanizmə əsasən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Eyni zamanda, kreditlər üzrə illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər olan müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditlər üçün əlavə güzəşt müddəti tətbiq olunur.

Hazırda Fond tərəfindən sahibkarların 52 layihəsi üzrəbanklardan əldə etdiyi 66,8 milyon manat kreditə 56,5 milyon manat həcmində dövlət zəmanəti verilib. Eyni zamanda, bu layihələr üzrə 17,3 milyon manat məbləğində subsidiya təsdiqlənib.

Güzəştli kreditlərlə dəstəklənən yerli bizneslər

Fond tərəfindən sahibkarlığın dəstəklənməsinə yönəlmiş güzəştli kredit mexanizmi işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən biznes subyektlərinin daha əlverişli şərtlərlə maliyyə resurslarına çıxışını təmin edir. Bu kreditlər aşağı faiz dərəcələri, uzunmüddətli qaytarılma qrafiki və güzəşt müddətləri ilə seçilərək sahibkarların maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldır və bizneslərin davamlı inkişafını stimullaşdırır.

İndiyədək azad edilmiş ərazilərimizdə ümumilikdə 28 layihə üzrə sahibkarlara 45,8 milyon manat həcmində güzəştli kredit təqdim edilib.

ABDF tərəfindən təqdim olunan maliyyə mexanizmləri işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılmasına, yeni iş yerlərinin yaradılmasına və regionun dayanıqlı inkişafına mühüm töhfə verməklə yanaşı, sahibkarlığın genişlənməsi üçün uzunmüddətli maliyyə əlçatanlığının formalaşdırılmasına xidmət edir. Bu yanaşma həm biznes təşəbbüslərinin reallaşdırılmasını sürətləndirir, həm də regionun iqtisadi potensialının daha səmərəli şəkildə səfərbər olunmasına şərait yaradır.

Əvvəlki yazı

Əməliyyat keçirildi - 7 nəfər saxlanıldı

Növbəti yazı

Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi” uğurla başa çatdı - FOTOLAR

Bənzər Xəbərlər

Messi karyerasını nə vaxt bitirəcək? - Özü AÇIQLADI
İdman

Messi karyerasını nə vaxt bitirəcək? - Özü AÇIQLADI

24.İyn.26 /17:01
"Zevs"in qardaşına hökm oxundu
Sosial

"Zevs"in qardaşına hökm oxundu

24.İyn.26 /16:56
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
Sosial

Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər

24.İyn.26 /16:51
Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi
Sosial

Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi

24.İyn.26 /16:48
Azərbaycanın məşhur klinikası bağlandı - FOTO
Sosial

Azərbaycanın məşhur klinikası bağlandı - FOTO

24.İyn.26 /16:44
TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB
Gündəm

TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB

24.İyn.26 /16:41
Şahin Bayramovdan yeni təyinat
Sosial

Şahin Bayramovdan yeni təyinat

24.İyn.26 /16:38
Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR
İqtisadiyyat

Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR

24.İyn.26 /16:35
Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO
Sosial

Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO

24.İyn.26 /16:31

XƏBƏR LENTİ

Messi karyerasını nə vaxt bitirəcək? - Özü AÇIQLADI

Messi karyerasını nə vaxt bitirəcək? - Özü AÇIQLADI

24 İyun, 26 / 17:01
"Zevs"in qardaşına hökm oxundu

"Zevs"in qardaşına hökm oxundu

24 İyun, 26 / 16:56
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər

Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər

24 İyun, 26 / 16:51
Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi

Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi

24 İyun, 26 / 16:48
Azərbaycanın məşhur klinikası bağlandı - FOTO

Azərbaycanın məşhur klinikası bağlandı - FOTO

24 İyun, 26 / 16:44
TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB

TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB

24 İyun, 26 / 16:41
Şahin Bayramovdan yeni təyinat

Şahin Bayramovdan yeni təyinat

24 İyun, 26 / 16:38
Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR

Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR

24 İyun, 26 / 16:35
Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO

Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO

24 İyun, 26 / 16:31
Vətəndaşların ABB kartındakı pullar silindi - Səbəb nədir?

Vətəndaşların ABB kartındakı pullar silindi - Səbəb nədir?

24 İyun, 26 / 16:28
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ

© 2026 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2026 Medialive.az - Xəbər Portalı.