CANLI
Sosial

Jurnalisti döyən şagirdin paylaşımı ortaya çıxdı - Görün nə yazıbmış...

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə “Real TV”nin çəkiliş qrupuna hücum olub.

Medialive.az “Trend”ə istinadən xəbər verir ki, hadisədə iştirak etdiyi bildirilən şəxslərdən biri – H.Tağılı peşəkar boksla məşğul olur. Onun Azərbaycan Boks Federasiyasının tədbirlərinə qatıldığı, həmçinin uşaq futbol klublarından birində oynadığı bildirilir.

Sözügedən insidentdən bir neçə saat sonra gəncin sosial şəbəkədə hadisə ilə bağlı bir paylaşıma rəy yazdığı da məlumdur. Belə ki, o, görüntüləri şərh edən internet istifadəçilərinə “Instagram” profilindən “heç kim bilib-bilmədən fikir bildirməsin”, – deyə yazıb.

Xatırladaq ki, 225 saylı orta məktəbdə jurnalistlərə hücum dünən məktəbin 7-ci sinif şagirdinin dərs zamanı pəncərədən yıxılması ilə bağlı əraziyə gələn televiziya çəkiliş qruplarının iştirakı ilə baş verib.

Məlumata görə, məktəbin həyətində jurnalistlərlə bir qrup şəxs arasında qarşıdurma yaranıb. İnsident zamanı “Real TV”nin operatoru və stajoru döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Həmçinin “Space” telekanalının əməkdaşının da döyüldüyü deyilir.

Faktla bağlı polis tərəfindən saxlanılanların olduğu bildirilir. Hazırda araşdırma aparılır.

taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24selcuksportscanlı maçtaraftarium24canlı maç izlecanlı maçtaraftarium24canlı maç izlecanlı maçcanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24canlı maç izletaraftarium24canlı maç izle