• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Kirayə bazarında mənzərə dəyişəcək - YENİ QAYDA

19 Yanvar, 26 / 14:00
A A
Kirayə bazarında mənzərə dəyişəcək - YENİ QAYDA

2026-cı il yanvarın 1-dən etibarən yaşayış sahələrini digər fiziki şəxslərə kirayəyə verən vətəndaşlar üçün vergi yükü formal olaraq azaldılır. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, bu kateqoriyaya aid kirayə gəlirlərindən tutulan vergi dərəcəsi 14 faizdən 10 faizə endirilib.

Medialive.az xəbər verir ki, yeni mexanizmə görə, aylıq 400 manat kirayə haqqı əldə edən ev sahibi əvvəlki kimi 56 manat deyil, artıq 40 manat vergi ödəyəcək. Lakin bu güzəşt yalnız fiziki şəxslər arasında bağlanan kirayə münasibətlərinə şamil olunur. Sahibkarlıq fəaliyyəti çərçivəsində və ya hüquqi şəxslərə icarəyə verilən əmlaklar üzrə 14 faizlik vergi dərəcəsi qüvvədə qalır.

Mütəxəssislərin fikrincə, dəyişiklik ilk baxışdan vergi yükünün azaldılması təsiri bağışlasa da, əsas hədəf fərqlidir. Məqsəd uzun illərdir mövcud olan qeyri-rəsmi kirayə münasibətlərini leqallaşdırmaq, müqaviləsiz icarə hallarını minimuma endirmək və vergidən yayınmanın qarşısını almaqdır.

Bu strategiyanın digər tərəfi isə cərimələrin əhəmiyyətli dərəcədə artırılmasıdır. Belə ki, 2026-cı ildən vergi orqanında qeydiyyata alınmaq üçün ərizə verməyən şəxslər 200 manat məbləğində cərimə ediləcək. Halbuki indiyədək bu sanksiyanın məbləği cəmi 40 manat idi. Yəni evini kirayə verən şəxs qeydiyyatdan yayınarsa, artıq beş dəfə daha yüksək cərimə ilə üzləşəcək.

Bununla yanaşı, kirayə gəlirləri üzrə müəyyən edilmiş müddətdə hesabat təqdim etməyən vergi ödəyiciləri üçün 40 manat cərimə qüvvədə qalır. Əgər hesabatda gəlir məbləği bilərəkdən az göstərilibsə və ya ümumiyyətlə təqdim olunmayaraq verginin ödənilməsindən yayınma baş veribsə, həmin məbləğin 50 faizi həcmində maliyyə sanksiyası tətbiq edilir. Qanunvericilik ev sahiblərinə alternativ mexanizm də təqdim edir. Belə ki, vətəndaş vergi orqanında ayrıca qeydiyyata durmadan da kirayə gəlirləri üzrə öhdəliklərini yerinə yetirə bilər.

2025-ci ildən qüvvədə olan qaydalara əsasən, kirayə verən şəxs vergi agenti müəyyən etməklə verginin hesablanması, tutulması və büdcəyə köçürülməsini həmin şəxsə həvalə edə bilər. Bu halda bütün uçot və hesabatlılıq vergi agentinin məsuliyyətinə düşür. Praktikada isə müqaviləsiz kirayə hallarının yalnız ev sahibləri üçün deyil, kirayəçilər üçün də risk yaratdığı vurğulanır. Belə hallarda yaşayış yeri üzrə qeydiyyatdan keçməyən kirayəçilər İnzibati Xətalar Məcəlləsinə əsasən xəbərdarlıq edilir və ya 30 manat məbləğində cərimə ilə üzləşirlər. Beləliklə, yeni dəyişikliklər kirayə bazarında “vergi güzəşti + sərt nəzarət” balansını formalaşdıraraq, kölgə iqtisadiyyatının daraldılmasını hədəfləyir.

Qeyd edək ki, mövcud statistikalar göstərir ki, Azərbaycanda kirayə bazarının böyük hissəsi hələ də kölgə iqtisadiyyatı çərçivəsində fəaliyyət göstərir. Ekspert qiymətləndirmələrinə əsasən, ölkə üzrə təxminən 250 minə yaxın yaşayış sahəsi kirayə məqsədilə istifadə olunur. Lakin bu mənzillərin yalnız 10 faizədək hissəsi, təqribən 25-30 minə yaxını rəsmi kirayə müqaviləsi ilə sənədləşdirilir və vergi uçotuna cəlb olunur. Qalan böyük əksəriyyət isə müqaviləsiz və qeyri-rəsmi şəkildə icarəyə verilir. Rəsmi qurumlar tərəfindən bu sahə üzrə açıq və detallı statistika təqdim edilmədiyindən, real rəqəmlərin vergi hesabatlarında əks olunan göstəricilərdən xeyli yüksək olduğu bildirilir. Məhz bu səbəbdən son vergi dəyişiklikləri kirayə bazarının leqallaşdırılmasına və qeyri-rəsmi münasibətlərin azaldılmasına yönəlmiş addım kimi qiymətləndirilir.Sfera.az

Əvvəlki yazı

Bu şəxslərə iki dəfə çox maaş ödəniləcək - RƏSMİ

Növbəti yazı

Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU

Bənzər Xəbərlər

Messi karyerasını nə vaxt bitirəcək? - Özü AÇIQLADI
İdman

Messi karyerasını nə vaxt bitirəcək? - Özü AÇIQLADI

24.İyn.26 /17:01
"Zevs"in qardaşına hökm oxundu
Sosial

"Zevs"in qardaşına hökm oxundu

24.İyn.26 /16:56
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
Sosial

Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər

24.İyn.26 /16:51
Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi
Sosial

Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi

24.İyn.26 /16:48
Azərbaycanın məşhur klinikası bağlandı - FOTO
Sosial

Azərbaycanın məşhur klinikası bağlandı - FOTO

24.İyn.26 /16:44
TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB
Gündəm

TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB

24.İyn.26 /16:41
Şahin Bayramovdan yeni təyinat
Sosial

Şahin Bayramovdan yeni təyinat

24.İyn.26 /16:38
Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR
İqtisadiyyat

Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR

24.İyn.26 /16:35
Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO
Sosial

Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO

24.İyn.26 /16:31

XƏBƏR LENTİ

Messi karyerasını nə vaxt bitirəcək? - Özü AÇIQLADI

Messi karyerasını nə vaxt bitirəcək? - Özü AÇIQLADI

24 İyun, 26 / 17:01
"Zevs"in qardaşına hökm oxundu

"Zevs"in qardaşına hökm oxundu

24 İyun, 26 / 16:56
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər

Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər

24 İyun, 26 / 16:51
Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi

Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi

24 İyun, 26 / 16:48
Azərbaycanın məşhur klinikası bağlandı - FOTO

Azərbaycanın məşhur klinikası bağlandı - FOTO

24 İyun, 26 / 16:44
TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB

TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB

24 İyun, 26 / 16:41
Şahin Bayramovdan yeni təyinat

Şahin Bayramovdan yeni təyinat

24 İyun, 26 / 16:38
Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR

Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR

24 İyun, 26 / 16:35
Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO

Mədət Quliyev boşanır? - Xanımından cavab gəldi - FOTO

24 İyun, 26 / 16:31
Vətəndaşların ABB kartındakı pullar silindi - Səbəb nədir?

Vətəndaşların ABB kartındakı pullar silindi - Səbəb nədir?

24 İyun, 26 / 16:28
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ

© 2026 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2026 Medialive.az - Xəbər Portalı.