CANLI
Sosial

Milli Qəhrəman xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin səhhətində problem yaranıb.

Medialive.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya “Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı məlumat verib.

O bildirib ki, hazırda E.Əliyevin müalicəsi “Yeni Klinika”da aparılır: “Ehtiram Əliyev ağır vəziyyətdə “Yeni Klinika”ya yerləşdirilib, sonradan durumu daha da ağırlaşdığından Reanimasiya şöbəsinə köçürülüb. Artıq dörd gündür buradadır. Mədəsində problem var. Düzgün müalicə olunmayıb, nəticədə qanaxma baş verib. Dünən həkimlərin dediyinə görə, ağciyərlərində də problem yaranıb, 50 faizi fəaliyyətini itirib. Düşünürük ki, vaxtında düzgün diaqnoz qoyulmayıb və lazımi müalicə aparılmayıb. Nəticədə, vəziyyəti daha da pisləşib. Həkimlər deyir ki, hələ ki vəziyyətində heç bir dəyişiklik yoxdur, ağır olaraq qalır”.

Qeyd edək ki, E.Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində dünyaya gəlib. O, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısıdır.

canlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24selcuksportscanlı maç