CANLI
Dünya

Litva bu ölkə ilə sərhəd-keçid məntəqələrini bağladı

Litva hökuməti Belarusla Medininkay və Şalçinkay sərhəd-keçid məntəqələrini bir ay müddətinə bağlamaq qərarına gəlib.

Medialive xəbər verir ki, bu barədə LRT məlumat yayıb.

Bildirilib ki, Medininkay istisnalarla qismən fəaliyyətini davam etdirəcək, Şalçininkay sərhəd-keçid məntəqəsi isə tamamilə bağlanacaq. 

Məhdudiyyətlər bu gündən noyabrın 30-da gecə yarısına qədər qüvvədə olacaq.