CANLI
Dünya

Macarıstanlı nazir: Ukraynanın üzvlüklə bağlı iclasında iştirak etməyəcəyəm

Macarıstan ardıcıl olaraq Kiyevin Avropa Birliyinə üzvlüyünə qarşı çıxır.

Medialive xəbər verir ki, bu sözləri Macarıstanın Avropa məsələləri üzrə naziri Yanos Boka Lvovda keçiriləcək Aİ Şurasının nazirlər səviyyəsində qeyri-rəsmi iclasında iştirak etməyəcəyini açıqlayarkən deyib.

“Mən bu görüşdə iştirak etməyəcəyəm. Macarıstan ardıcıl olaraq öz mövqeyini saxlamaqda davam edir ki, biz Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləmirik və macar xalqının Ukraynaya vəsait köçürməsinə kömək etmirik”, – o Facebook-da yazıb.

Nazir qeyri-rəsmi görüşü siyasi şou adlandırıb.

Qeyd edək ki, Aİ-nin Avropa Məsələləri üzrə Nazirlər Şurası bu gün Lvovda qeyri-rəsmi iclas keçirəcək və Ukraynanın Aİ-yə daxil olması ilə bağlı Aİ-nin 2024-cü ilə qədər başlaya bilməyəcəyi danışıqların başlanması perspektivlərini müzakirə edəcək.

Avropa Komissiyası Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara hələ 2024-cü ildə başlamağı təklif edib, lakin Macarıstanın veto qoyması ilə bu planlar puça çıxıb.