CANLI
Dünya

Makron Ukraynaya hərbi müdaxilə xəyal edir — Rusiya kəşfiyyatı

“Emmanuel Makronun göstərişi ilə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı Kiyev rejimini dəstəkləmək üçün Ukraynaya 2000-ə qədər əsgər və zabitdən ibarət hərbi kontingent göndərməyə hazırlaşır”.
Medialive xəbər verir ki, TASS-ın əldə etdiyi məlumatda qeyd olunub ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu məlumat yayıb.
SVR qeyd edib ki, Makron siyasətçi kimi uğursuzluğa düçar olub və ölkəni uzun sürən sosial-iqtisadi böhrandan çıxarmaq üçün mübarizə aparan hərbi lider kimi tarixə düşmək ümidindən əl çəkmir.

“Qüvvənin əsasını Fransa Xarici Legionunun, ilk növbədə Latın Amerikası ölkələrindən olan hücum qoşunları təşkil edəcək. Legionerlər artıq Polşanın Ukrayna ilə həmsərhəd bölgələrində yerləşdirilib və intensiv döyüş hazırlığı keçir, silah və hərbi texnika alırlar. Onların Ukraynanın mərkəzinə köçürülməsi yaxın gələcəkdə planlaşdırılır”, – SVR bildirib.