CANLI
Dünya

Misir kəşfiyyatçıları ilə gizli görüş! Netanyahu Türkiyəni hədəfə alıb

İsrailin baş naziri Benyamin Netanyahu Misir Kəşfiyyat İdarəsinin direktoru Həsən Rəşad ilə gizli görüş keçirib.

Medialive xarici mətbuata istinadən xəbər verir ki, görüşdə müharibə zamanı atəşkəs planı və sonrakı idarəçilik müzakirə edilib, eyni zamanda Netanyahu qardaş Türkiyənin bölgədəki rolunu tənqid edib.

İsraildə yaşayan araşdırmaçı bir jurnalist yazıb ki, Misir həm Ankaranın, həm də Qahirənin təsirini məhdudlaşdırmağa çalışan balanslaşdırıcı bir hərəkət həyata keçirir.

Digər tərəfdən, Misirin BMT Təhlükəsizlik Şurasına təqdim etmək istədiyi yeni qanun layihəsi yüzlərlə türk əsgərinin Qəzzada yaradılacaq Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə (ISF) daxil edilməsini planlaşdırır.

Netanyahu həm də türk şirkətlərinin Qəzzanın yenidən qurulmasında iştirakının qarşısını almağa çalışır.

İsrail xüsusilə Ərdoğan başda olmaqla Türkiyənin bölgədəki təsirindən narahatdır.