“Polşa və NATO respublikanın hava məkanında Baş nazir Donald Tuskın müayinənin nəticələrini gözləmədən Rusiya raketi adlandırdığı obyektin aşkarlanması ilə əlaqədar hava hücumundan müdafiə vasitələrini işə salıb”.
Medialive.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Belçikada yerləşən Müttəfiq Qüvvələrin Avropa Ali Qərargahının (SHAPE) sözçüsü jurnalistlərə bildirib.
Qərargah sözçüsünün sözlərinə görə, alyans hava məkanının pozulması ilə bağlı Polşa hökuməti ilə sıx əlaqə saxlayır.
O, NATO-nun üzv ölkələrinin ərazilərini qorumaq üçün lazımi tədbirlər görəcəyinə əminlik verib.
