CANLI
Sosial

Naxçıvanın yeni Baş naziri kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasına yeni Baş nazir təyin olunub.

Bununla bağlı qərar Naxçıvan MR Ali Məclisi tərəfindən qəbul edilib. Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Cabbar Musayev Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təyin olunub.

Medialive.az yeni Baş nazirin dosyesini təqdim edir:

Cabbar Musayev 1981-ci ildə Naxçıvan şəhərində anadan olub. Ali təhsilini Türkiyə Respublikasının Ankara şəhərində alıb. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

O, 2004–2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi və sektor müdiri vəzifələrində çalışıb. 2013–2016-cı illərdə Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-də direktor müavini olub.

Cabbar Musayev 18 aprel 2016-cı ildən 2024-cü ilədək Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsində fəaliyyət göstərib.

Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 2024-cü il tarixli sərəncamı ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

O, 23 iyun 2021-ci ildə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24selcuksportscanlı maçtaraftarium24canlı maç izlecanlı maçtaraftarium24canlı maç izlecanlı maçcanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24canlı maç izle