İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtona səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyib.
Medialive.az xəbər verir ki, bu barədə Haaretz qəzeti məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, tərəflərin uğursuz danışıqların şərtləri ilə bağlı fərqli fikirləri var. Mənbələrdən biri iddia edib ki, Zelenskinin ofisi Netanyahunun ofisinə görüş təşkil etmək təklifi ilə müraciət edib, lakin cavab almayıb. Eyni zamanda, iddia edilib ki, görüş barədə təşəbbüs İsrail tərəfindən gəlib, lakin Kiyev razılaşdıqdan sonra başqa cavab olmayıb.
Qeyd edək ki, İsrail nümayəndələri iyulun 28-də Netanyahunun Zelenskinin sıx qrafiki səbəbindən onunla görüşə bilməyəcəyini açıqlayıblar.
