Füzulidə baş vermiş qəza zamanı həyatını itirən sürücü ANAMA əməkdaşıdır.
Medialive.az xəbər verir ki, avtomobilin ağaca çırpılması zamanı həlak olan Sahil Quliyev ANAMA-nın Füzuli rayon bölməsində tədqiqat qrupunun rəhbəri vəzifəsində çalışıb.
***
Füzulidə baş verən qəza zamanı sürücü ölüb.
Medialive.az xəbər verir ki, Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza rayonun Molla Məhərrəmli kəndi ərazidə baş verib.
Füzuli rayon Babı kənd sakini 1999-cu il təvəllüdlü Quliyev Sahil Xəlil oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaclara çırpılıb.
Nəticədə sürücü S.Quliyev həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.


