• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Deputatlar

Rəşad Mahmudov: Nə sığorta mexanizmi işləyər, nə də xəstənin təhlükəsizliyi təmin olunar

21 Noyabr, 25 / 11:44
A A
Rəşad Mahmudov: Nə sığorta mexanizmi işləyər, nə də xəstənin təhlükəsizliyi təmin olunar

“Son illər əmək münasibətlərinin rəsmiləşdirilməsi, qeyri-rəsmi məşğulluğun azaldılması, sosial sığorta sisteminin genişləndirilməsi və rəqəmsal uçot mexanizmlərinin yaradılması istiqamətində ciddi addımlar atılıb. Bu işlərin mahiyyəti ondan ibarətdir ki, ölkədə əmək funksiyası yerinə yetirən hər bir vətəndaşın hüquqi statusu, sosial təminatı və pensiya kapitalı aydın, şəffaf və müdafiə olunmuş olsun.

Bu fondun fəaliyyəti də məhz bunu tələb edir: əmək münasibətlərinin hüquqi baxımdan tam və düzgün rəsmiləşdirilməsi. Çünki işsizlikdən sığorta mexanizmi ancaq o zaman effektiv olur ki, bütün kateqoriyalarda çalışan şəxslərin əmək statusu dəqiq müəyyən edilsin. Məhz buradan çıxış edərək, səhiyyə sistemimizdə uzun illərdən bəri davam edən bir vacib problemə diqqətinizi yönəltmək istəyirəm”.

Medialive.az xəbər verir ki, bunu deputat Rəşad Mahmudov Milli Məclisdə büdcə müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, bu gün ölkəmizdə rezident həkimlər real əməyin bütün yükünü daşıdıqları halda, onların hüquqi statusu tam tənzimlənməmiş qalır.
“Onlar növbələrə girir, pasiyent qəbul edir, stasionar və təcili yardım prosesində iştirak edir, əməliyyatlara girir və faktiki olaraq tibbi personal kimi çalışırlar. Lakin onların böyük bir hissəsi rəsmi əmək müqaviləsi ilə təmin olunmur”,- o vurğulayıb.

O əlavə edib ki, əgər biz bütün sahələrdə işçi hüquqlarının bərpası və sosial müdafiənin gücləndirilməsindən danışırıqsa, tibbi sahədə əmək funksiyasını faktiki yerinə yetirən gənc həkimlərin hüquqi statusunun qeyri-müəyyən qalması artıq yol verilə bilməz.

“Burada yalnız əmək müqaviləsi məsələsi deyil, tibb təhsilində 2011-ci ildən bəri mövcud olan başqa bir ciddi boşluq – internaturanın ləğvi və onun yerini tutacaq mexanizmin olmaması da problem yaradır.

Bu gün Avropa, Türkiyə, ABŞ kimi ölkələrdə tibb fakültəsini bitirən hər bir tələbə minimum 1 il müstəqil həkim kimi deyil, nəzarətli praktiki hazırlıq dövründən – internaturadan keçir. Bu, xəstənin təhlükəsizliyi və həkimin məsuliyyəti baxımından beynəlxalq standartdır. Bizdə isə 6 illik təhsili bitirən gənc həkim rezidentura imtahanını verə bilmirsə, hüquqi baxımdan havada qalır — nə internatura var, nə müstəqil həkimlik statusu, nə də sosial təminatlı əmək münasibəti.

Bu həm gənclərin gələcəyinə, həm xəstə təhlükəsizliyinə, həm də dövlətin insan kapitalı siyasətinə ziddir”, – deputat qeyd edib.

Deputat yaranmış problemin həlli ilə hökumət qarşısında üç təkliflə çıxış edib:

“1. Tibbi təhsildə internatura mərhələsi bərpa olunmalı və ya ekvivalent praktik il yaradılmalıdır. Bu həm beynəlxalq standartlara uyğundur, həm də real klinik bacarıqları formalaşdırır.

2. Rezident həkimlərin əmək müqaviləsi qanunla məcburi xarakter daşımalıdır. Bu, sosial sığorta və işsizlikdən sığortanın tam işləməsi üçün vacibdir.

3. Rezidentura proqramının məzmunu və klinik yük tibb müəssisələrinin real ehtiyacları ilə uyğunlaşdırılmalıdır.

Səhiyyənin gücü həkimin gücü qədərdir. Həkimi güclü olanın xəstəsi qorxmaz. Gənc həkimin zəif hazırlandığı sistemdə nə sığorta mexanizmi işləyər, nə tibbi xidmət dayanıqlı olar, nə də xəstənin təhlükəsizliyi təmin olunar. Ona görə də insan kapitalının inkişafı ilə bağlı müzakirələr fonunda rezidentura və internatura məsələsi öz  həllini tapmalıdır”.

Əvvəlki yazı

11 min manatı ələ keçirilən tanınmış həkim hadisədən DANIŞDI

Növbəti yazı

Rəqsanə əri Fazil Əmiraslanovdan ayrılıb?

Bənzər Xəbərlər

Vüsal Nəsirli keçmiş sədrin qudası Məhəmməd Musayevi niyə himayə edir?
Sosial

Vüsal Nəsirli keçmiş sədrin qudası Məhəmməd Musayevi niyə himayə edir?

30.Apr.26 /16:09
“XTQ 44 günlük müharibədə ən yüksək peşəkarlıq nümunəsi göstərdi” – Bəhruz Məmmədzadə
Hərbi

“XTQ 44 günlük müharibədə ən yüksək peşəkarlıq nümunəsi göstərdi” – Bəhruz Məmmədzadə

30.Apr.26 /15:58
Abdin Fərzəliyev kimi qoruyur? – Hazırda tikilən “makler evləri”ni köhnə tikili adlandırırlar…
Sosial

Abdin Fərzəliyev kimi qoruyur? – Hazırda tikilən “makler evləri”ni köhnə tikili adlandırırlar…

30.Apr.26 /15:35
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK detallar
Sosial

“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK detallar

30.Apr.26 /14:55
Sabiq nazirin elə görüntüləri yayıldı ki… – VİDEO
Sosial

Sabiq nazirin elə görüntüləri yayıldı ki… – VİDEO

30.Apr.26 /14:46
Cavid Abdullayev "İSTİAD"ın Azərbaycanda nümayəndəsi seçildi
Sosial

Cavid Abdullayev "İSTİAD"ın Azərbaycanda nümayəndəsi seçildi

30.Apr.26 /14:23
Azərbaycanda əməkhaqqı sistemi dəyişir
Sosial

Azərbaycanda əməkhaqqı sistemi dəyişir

30.Apr.26 /13:07
Rəşad Dağlı azadlığa çıxa bilər
Sosial

Rəşad Dağlı azadlığa çıxa bilər

30.Apr.26 /13:04
Sabahdan bu şəxslərə 600 manat birdəfəlik müavinət VERİLƏCƏK
Sosial

Sabahdan bu şəxslərə 600 manat birdəfəlik müavinət VERİLƏCƏK

30.Apr.26 /13:02

XƏBƏR LENTİ

Vüsal Nəsirli keçmiş sədrin qudası Məhəmməd Musayevi niyə himayə edir?

Vüsal Nəsirli keçmiş sədrin qudası Məhəmməd Musayevi niyə himayə edir?

30 Aprel, 26 / 16:09
“XTQ 44 günlük müharibədə ən yüksək peşəkarlıq nümunəsi göstərdi” – Bəhruz Məmmədzadə

“XTQ 44 günlük müharibədə ən yüksək peşəkarlıq nümunəsi göstərdi” – Bəhruz Məmmədzadə

30 Aprel, 26 / 15:58
Abdin Fərzəliyev kimi qoruyur? – Hazırda tikilən “makler evləri”ni köhnə tikili adlandırırlar…

Abdin Fərzəliyev kimi qoruyur? – Hazırda tikilən “makler evləri”ni köhnə tikili adlandırırlar…

30 Aprel, 26 / 15:35
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK detallar

“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK detallar

30 Aprel, 26 / 14:55
Sabiq nazirin elə görüntüləri yayıldı ki… – VİDEO

Sabiq nazirin elə görüntüləri yayıldı ki… – VİDEO

30 Aprel, 26 / 14:46
Cavid Abdullayev "İSTİAD"ın Azərbaycanda nümayəndəsi seçildi

Cavid Abdullayev "İSTİAD"ın Azərbaycanda nümayəndəsi seçildi

30 Aprel, 26 / 14:23
Azərbaycanda əməkhaqqı sistemi dəyişir

Azərbaycanda əməkhaqqı sistemi dəyişir

30 Aprel, 26 / 13:07
Rəşad Dağlı azadlığa çıxa bilər

Rəşad Dağlı azadlığa çıxa bilər

30 Aprel, 26 / 13:04
Sabahdan bu şəxslərə 600 manat birdəfəlik müavinət VERİLƏCƏK

Sabahdan bu şəxslərə 600 manat birdəfəlik müavinət VERİLƏCƏK

30 Aprel, 26 / 13:02
Balaş Qasımov İTV-dən gedir, AzTV-yə sədr gətirilir? - Özündən AÇIQLAMA

Balaş Qasımov İTV-dən gedir, AzTV-yə sədr gətirilir? - Özündən AÇIQLAMA

30 Aprel, 26 / 13:00
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.