CANLI
Gündəm

Ramiz Mehdiyev cəzasını burada çəkəcək – Bütün detallar AÇIQLANDI

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunduğu məhkəmə prosesi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib. Lakin yaşı və səhhəti nəzərə alınaraq cəzası şərti tətbiq olunub.

Bununla yanaşı, R.Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi, əmlaklarının isə dövlət nəfinə keçirilməsi barədə qərar qəbul edilib.

Ramiz Mehdiyevə verilmiş şərti cəza nə deməkdir? O, cəzasını harada çəkəcək? Bu vəziyyətdə hansı öhdəlikləri olacaq?

Medialive.az xəbər verir ki, globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, şərti cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən tətbiq edilən cəza növüdür:

“Bu o deməkdir ki, məhkəmə şəxsin təyin olunmuş cəzanı faktiki çəkmədən də islah oluna biləcəyini hesab edərsə, həmin maddəyə əsasən cəzanın şərti tətbiq edilməsi barədə qərar qəbul edə bilər. Şərti cəza şəxsin cəzaçəkmə müəssisəsində saxlanılmadan islah olunmasının mümkün hesab edilməsi deməkdir. Bu zaman şəxsin üzərinə müəyyən vəzifələr qoyulur və onun davranışı ilə bağlı şərtlər müəyyən edilir. Eyni zamanda, bu hökmün əsas xüsusiyyətlərindən biri də Ramiz Mehdiyevin əmlakının müsadirə olunması barədə qərarın qəbul edilməsidir. Şərti cəza tətbiq edilən müddətdə şəxs hökmə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri yerinə yetirməzsə və ya müəyyən edilmiş şərtləri pozarsa, məhkəmə müvafiq dövlət qurumunun təqdimatı əsasında məsələyə yenidən baxa bilər. Bu halda şərti məhkumetmənin ləğv edilməsi və şəxsin təyin olunmuş cəzanı cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilə bilər”.

Vəkil bildirib ki, Cinayət Məcəlləsinə əsasən, müəyyən kateqoriyalı cəzalar şərti olaraq tətbiq edilə bilər:

“Bunlara islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrumetmə cəzaları daxildir. Şərti məhkumetmə təyin edilərkən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, barəsində hökm çıxarılan şəxsin şəxsiyyəti, eləcə də cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmalıdır. Məhkəmə şərti məhkumetmə tətbiq edərkən sınaq müddəti müəyyən edir. Bu müddət ərzində məhkumun islah olunub-olunmadığı qiymətləndirilir. Sınaq müddəti qanunvericilikdə nəzərdə tutulan hədlər daxilində müəyyən edilir.

Bununla yanaşı, məhkəmə məhkumun üzərinə davranışı ilə bağlı əlavə vəzifələr qoya bilər. Həmin vəzifələrə yaşayış yeri və davranışla bağlı müəyyən tələblərə əməl etmək, iş yeri dəyişdikdə və ya müalicə məqsədilə başqa yerə getdikdə müvafiq qaydalara riayət etmək kimi öhdəliklər daxil ola bilər. Məhkum üzərində qanunvericilikdə nəzərdə tutulan qaydada nəzarət həyata keçirilir”.

R.Süleymanovun sözlərinə görə, şərti məhkumetmə qanunvericilikdə nəzərdə tutulan hallarda məhkəmənin qərarı ilə ləğv edilə bilər:

“Məhkum sınaq müddətində üzərinə qoyulmuş vəzifələri yerinə yetirmədikdə və ya yeni cinayət törətdikdə, bu məsələ qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilir. Qeyd edim ki, şərti cəza şəxsin ev dustaqlığında saxlanılması demək deyil. Şəxs üzərinə qoyulan məhdudiyyətlərə və vəzifələrə əməl etməklə gündəlik həyatını davam etdirə bilər. Bununla belə, onun davranışı qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarətdə saxlanılır”.

taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24selcuksportscanlı maçtaraftarium24canlı maç izlecanlı maçtaraftarium24canlı maç izlecanlı maçcanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24canlı maç izle