• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Gündəm

Ramiz Mehdiyevlə Əli Kərimlini birləşdirən “dəyər” - Azərbaycanın ideoloji sərhədi xarici təsirlərdən azad olmalıdır

30 Oktyabr, 25 / 22:31
A A
Ramiz Mehdiyevlə Əli Kərimlini birləşdirən “dəyər” - Azərbaycanın ideoloji sərhədi xarici təsirlərdən azad olmalıdır
 “XXI əsrdə əsas qarşıdurmalar sivilizasiyalar və ideologiyalar arasında olacaq”.
“Sivilizasiyaların toqquşması” nəzəriyyəsinin müəllifi Samuel Hantinqton hesab edirdi ki, gələcəyin savaşları mədəniyyət, dəyərlər və ideologiyalar üzərində qurulacaq.
Onun fikrincə XXI əsrdə silahdan çox, media vasitəsilə təsir, mədəniyyət ixracı, dəyərlərin təbliği və informasiyanın manipulyasiyası
əsas müharibə vasitələrinə çevriləcək.
Bu gün dünyada ideoloji müstələkiçilik dövrüdür.
Hantinqtonun “Sivilizasiyaların toqquşması” nəzəriyyəsi artıq reallığa çevrilib.

 

Bu gün böyük güclər “ərazi” deyil, beyin və düşüncə məkanı uğrunda mübarizə aparırlar.
Artıq müharibələr təkcə silah və ordularla deyil, ideyalar, mədəniyyət və informasiya vasitəsilə aparılır.
Böyük güclər kiçik ölkələri ələ keçirmək üçün ideologiya yolunu seçirlər – bəzən “demokratiya”, bəzən “insan haqları”, bəzən isə “mədəni inteqrasiya”, bəzən feminizm, bəzən LGBT, bəzən “nowar”çılıq adı altında xalqın düşüncəsini, dəyərlərini və milli kimliyini dəyişdirməyə çalışırlar.
Bu gün dünyada ideoloji müstəmləkəçilik dövrüdür. Bu dövr torpaqları deyil, zehinləri işğal edən bir dövrdür. Kim informasiyanı, mədəniyyəti və ideologiyanı idarə edirsə, dünyanı da o idarə edir.
İdeoloji müstəmləkiçik dövründə Türkiyə modeli:
Türkiyə bu gün dünyada ideoloji savaşların ən ön cəbhəsində dayanan ölkələrdən biridir.
2013-cü ildəki Gezi parkı hadisələrindən başlayaraq dövlətin sütunlarını içəridən sarsıtmaq istəyən “paralel strukturlar”, dövlətin içinə sızmış agentlər, radikal müxaliflər, casuslar, xaricdən idarə olunan media şəbəkələri sistemli şəkildə zərərsizləşdirildi.
Yəqin xatırlayırsınız ki, Gezi Parkı hadisələri zahirdə ekoloji etiraz kimi başlayıb, amma qısa zamanda ideoloji və informasiya savaşına çevrildi. O dövrdə daxili radikalların, bəzi müxalif partiyaların, solçu qüvvələrin, xarici agentura şəbəkələrinin və beynəlxalq media qurumlarının dəstəyi ilə “ekoloji aksiya” ən böyük siyasi hərəkata çevrildi.
Hadisələrin əvvəlində məqsəd sadəcə parkda ağacların kəsilməsinə etiraz idisə, qısa zamanda bütün ölkəni bürüyən xaosa çevrildi.

 

Xarici fondlar tərəfindən maliyyələşən QHT-lər, beynəlxalq media strukturları və xarici diplomatlarla əlaqədə olan yerli aktivistlər, müxaliflər bu prosesi “diktaturaya qarşı xalq üsyanı” kimi təqdim etməyə başladılar.
Bu, klassik “rəngli inqilab” ssenarisinə uyğun idi – əvvəl ekoloji, sonra siyasi tələblər irəli sürülürdü. Sorosçu gənclər polisin şırnağı qarşısında dünyaya sevgi, havadalarına isə inqilab mesajı verirdilər.
Gezi hadisələri zamanı Twitter, Facebook və YouTube vasitəsilə saxta məlumatlar, manipulyativ videolar və “polis xalqı öldürür” kimi emosional çağırışlar geniş yayıldı.
Türkiyə hökumətinin o dövrdə apardığı araşdırmalara görə, etirazların ilk 10 günü ərzində paylaşılan tvitlərin yüz minlərlə bot hesab tərəfindən yayıldığı və onların böyük hissəsinin xarici IP ünvanlarından göndərildiyi aşkarlandı. Məqsəd isə aydın idi: Türkiyə cəmiyyətində panika, inamsızlıq və iqtidardan uzaqlaşma hissi yaratmaq və dövləti parçalamaq.
Türkiyə rəhbərliyi Gezi olaylarından sonra çox yaxşı anladı ki, artıq təhlükə təkcə sərhədlərdən gəlmir — beyinlərdən, mediadan və ideoloji manipulyasiyadan gəlir. Dövlətin təhlükəsizliyini təmin etmək üçün informasiya suverenliyi, milli ideologiyanın qorunması və ideoloji infiltrasiyaya qarşı müqavimət prioritetə çevrildi.
Azərbaycana qarşı yönələn təxribatlar və təhdidlər
Və bu gün elə bir dövrə gəlmişik ki, dünyada elə bir siyasi vəziyyət yaranıb ki, Azərbaycan dövlətinin ideoloji sərhədlərini qorumaq təkcə Dövlətimizin deyil, bütövlükdə hər bir fərdin ən ümdə vəzifələrindən biri olmalıdır.
Ulu öndər Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyası isə dövlətin və hər bir fərdin mənəvi sərhədi və qırmızı xətti olmalıdır olmalıdır.
Hər kəsə bəllidir ki, Azərbaycanda xalq-iqtidar birliyi çox güclüdür. Xalqın ümid yeri hər zaman dövlətimiz və onun Müzəffər Ali Baş Komandanı İlham Əliyevdir. Hətta bu birlik dünyanın bir çox ölkəsinə nümunə sayıla biləcək həddədir.
Ancaq Ramiz Mehdiyev olayı göstərdi ki, daxildə və xaricdəki anti-Azərbaycan qüvvələr təşkilatlanmaq üçün kiçik bir fürsət, zərrə qədər qığılcım axtarır. Onlar hər zaman ayıq-sayıqdırlar, pusqudadırlar.

 

Azərbaycanda müxalifət olmağı monopoliyaya alan radikallar son 30 ildə istər Rusiyadan, istər İrandan, istər Qərbdən aldıqları təlimatları Azərbaycan dövlətinə qarşı ən çirkin şəkildə həyata keçirməyə çalışıblar. Arzuları ürəylərində qalsa da, niyyətləri heç vaxt dəyişməyib və bu gün də dəyişmir.
44 günlük müharibədən əvvəl Əli Kərimlinin sosial media üzərindən “Azərbaycan ordusu hərbi əməliyyat aparmağa qadir deyil” sözləri ilə Ramiz Mehdiyevin “tarixi Zəfərimizi necə qiymətləndirirsiniz” sualına “mən bu haqda danışmaq istəmirəm” cavabı eyni mərkəzlərin beyin məhsulu deyildisə, bəs nə idi?

 

Heç şübhəsiz ki, Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri vəzifəsindən çıxarılmasından keçən 6 il müddətində AXCP-nin bir aksiya, bir mitinq, bir piket keçirməməsi də təsadüfi deyil. Demək ki, beyin mərkəzləri, tezis verənləri, maliyyə mənbələri bir nöqtədən imiş.
Düşünürəm ki, son günlər baş verən proseslərin fonunda, bizə ən yaxın ölkələrdə belə “5-ci kolon”lara qarşı sərt addımlar atılmağa başlandığı indiki mürəkkəb beynəlxalq situasiyada, daxildəki və xaricdəki anti-Azərbaycan ünsürlərin birləşməyə fürsət axtardığı bir vaxtda Azərbaycan dövləti daha qətiyyətli addımlar atmalıdır.
Yazının ilk hissəsində qeyd etdiyim Gezi parkı kimi olayların yaşanmaması üçün Azərbaycan da qətiyyətli addımlar atmalı, lazım gələrsə xaricdən maliyyələşən və xarici qüvvələrin əlində alətə çevrilən AXCP, Müsavat kimi partiyaları birdəfəlik siyasi səhnədən silinməkdən belə çəkinməməlidir.
Azərbaycanın ideoloji sərhədi həm də daxili qərarların xarici təsirdən asılı olmaması prinsipidir. Bu prinsipin qorunması isə hər birimizin vətəndaşlıq borcu olmalıdır.
Hacıbəy Heydərli,
Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber.com informasiya portalının baş redaktoru
Əvvəlki yazı

Putin əcnəbi jurnalistlərə bu ərazilərə daxil olmağa icazə verdi

Növbəti yazı

“Avrora”nın poetik rəhbərinin görüntüləri - VİDEO

Bənzər Xəbərlər

Sürücülük vəsiqəsi almaq istəyənlərin NƏZƏRİNƏ - BU MÜDDƏTƏ VERİLƏ BİLƏR
Sosial

Sürücülük vəsiqəsi almaq istəyənlərin NƏZƏRİNƏ - BU MÜDDƏTƏ VERİLƏ BİLƏR

05.İyn.26 /19:14
Yeni komitə yaradıldı
Sosial

Yeni komitə yaradıldı

05.İyn.26 /19:12
Prezidentin təltif etdiyi Zakir Quliyev KİMDİR? - DOSYE
Sosial

Prezidentin təltif etdiyi Zakir Quliyev KİMDİR? - DOSYE

05.İyn.26 /18:48
Gəmidə ölən azərbaycanlılar görün kim imiş - ADLAR
Gündəm

Gəmidə ölən azərbaycanlılar görün kim imiş - ADLAR

05.İyn.26 /18:10
Bakıda yaşayış binası yanır
Hadisə

Bakıda yaşayış binası yanır

05.İyn.26 /18:09
Akif Əlizadə işdən çıxarıldı
Sosial

Akif Əlizadə işdən çıxarıldı

05.İyn.26 /18:08
ABDF Litvanın “Dominari” şirkəti ilə birgə istehsal müəssisəsi yaradır
İqtisadiyyat

ABDF Litvanın “Dominari” şirkəti ilə birgə istehsal müəssisəsi yaradır

05.İyn.26 /17:28
Plastik cərrahın məhkəməsi keçirildi - Nazirliyin nümayəndəsi gəlmədi
Özəl

Plastik cərrahın məhkəməsi keçirildi - Nazirliyin nümayəndəsi gəlmədi

05.İyn.26 /17:10
Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi
Manşet

Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi

05.İyn.26 /15:35

XƏBƏR LENTİ

Sürücülük vəsiqəsi almaq istəyənlərin NƏZƏRİNƏ - BU MÜDDƏTƏ VERİLƏ BİLƏR

Sürücülük vəsiqəsi almaq istəyənlərin NƏZƏRİNƏ - BU MÜDDƏTƏ VERİLƏ BİLƏR

05 İyun, 26 / 19:14
Yeni komitə yaradıldı

Yeni komitə yaradıldı

05 İyun, 26 / 19:12
Prezidentin təltif etdiyi Zakir Quliyev KİMDİR? - DOSYE

Prezidentin təltif etdiyi Zakir Quliyev KİMDİR? - DOSYE

05 İyun, 26 / 18:48
Gəmidə ölən azərbaycanlılar görün kim imiş - ADLAR

Gəmidə ölən azərbaycanlılar görün kim imiş - ADLAR

05 İyun, 26 / 18:10
Bakıda yaşayış binası yanır

Bakıda yaşayış binası yanır

05 İyun, 26 / 18:09
Akif Əlizadə işdən çıxarıldı

Akif Əlizadə işdən çıxarıldı

05 İyun, 26 / 18:08
ABDF Litvanın “Dominari” şirkəti ilə birgə istehsal müəssisəsi yaradır

ABDF Litvanın “Dominari” şirkəti ilə birgə istehsal müəssisəsi yaradır

05 İyun, 26 / 17:28
Plastik cərrahın məhkəməsi keçirildi - Nazirliyin nümayəndəsi gəlmədi

Plastik cərrahın məhkəməsi keçirildi - Nazirliyin nümayəndəsi gəlmədi

05 İyun, 26 / 17:10
Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi

Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi

05 İyun, 26 / 15:35
Prezident Minifutbol Federasiyasına 1 milyon ayırdı

Prezident Minifutbol Federasiyasına 1 milyon ayırdı

05 İyun, 26 / 15:25
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ

© 2026 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2026 Medialive.az - Xəbər Portalı.