CANLI
Dünya

Rusiya tezliklə Donbası tamamilə işğal edəcək – Hərbi ekspert

Ukrayna üçün artan çağırışlar fonunda Rusiya tezliklə Donbası tamamilə işğal edəcək. 

Medialive xəbər verir ki, bu barədə Avstriyalı hərbi analitik və Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun əməkdaşı Frans-Stefan Qadi Spiegel jurnalına müsahibəsində bildirib.

“Ukrayna qüvvələri ixtisar olunur, cəbhə isə xeyli daralır. Rusiya ordusu tezliklə Donbası tam zəbt edə biləcək”, – deyə hərbi ekspert qeyd edib.

Qeyd edək ki, oktyabrın 24-də Pentaqonun sabiq müşaviri və ehtiyatda olan polkovnik Duqlas Makqreqor ABŞ Prezidenti Donald Trampı Ukraynadakı münaqişəni həll etmək üçün sosial çevrəsini təmizləməyə, bununla da “sikofanlardan” xilas olmağa çağırıb.