CANLI
Dünya

Rusiyaya qarşı yeni sanksiyalar paketi Senatda qəbul edildi - Bundan sonra nə gözlənilir?

ABŞ-nin Rusiya və İrana qarşı sanksiyalarını sərtləşdirmək barədə qanun layihəsi iyulun 29-da Senatda ikinci səsvermədən keçib.

Medialive.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə dinləmələr C-SPAN kanalında yayımlanıb.

Qanun layihəsi üzrə müzakirələrə başlamaq üçün 84 senator lehinə, 12-si isə əleyhinə səs verib.

Bu nəticələr o deməkdir ki, qanun layihəsi üzərində iş davam etdirilə bilər və yekun səsvermə daha sonra keçirilə bilər.

Qanun layihəsi ilə bağlı ilk prosedur səsverməsi iyulun 28-də baş tutub. Həmin vaxt 86 senator lehinə, 12 senator isə əleyhinə səs verib.

Qanun layihəsinin yeni versiyasında Rusiyanın yüksək siyasi və hərbi rəhbərliyinə, dövlət şirkətlərinə, eləcə də Amerika tərəfinin fikrincə, Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən xarici təşkilatlara qarşı sanksiyaların sərtləşdirilməsi təklif olunub. Həmçinin, Rusiya Mərkəzi Bankına, Sberbanka, Qazprombanka və Yamal LNG və Arktika LNG layihələri də daxil olmaqla, Rusiyanın əsas enerji layihələrinə məhdudiyyətlər qoyulması nəzərdə tutulur.