CANLI
Dünya

Seutadan Mərakeşə 25 min qanunsuz miqrant qayıdıb

Son günlərdə Mərakeş ərazisindən İspaniyanın Seuta adasına daxil olan 25 min immiqrant könüllü olaraq Mərakeşə qayıdıb,

Medialive.az El Pais nəşrinə istinadən xəbər verir ki, bu barədə İspaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Seutadakı bütün mağazalar, o cümlədən supermarketlər hazırda bağlıdır. Şəhərdəki qalan qanunsuz miqrantlar küçələrdə su, yemək və sərin yerlər axtarırlar. Bəzi ərazilərdə yerli sakinlər miqrantları silahla hədələyib və onları daş-qalaq ediblər.

İspaniyanın Baş naziri Pedro Sançez Seuta adasına daxil olan immiqrantların mümkün qədər tez Mərakeşə qaytarılması üçün çalışdığını açıqlayıb.

Qeyd edək ki, son günlərdə şəhərə 50 min insan daxil olub.